Ermənistan hələ də yeni reallığı anlamır - XİN başçısı

8 Aprel 2021 20:37

Biz Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) təxribatçı, qeyri-konstruktiv, revanşist xarakterli bəyanatlar verdiyini görürük. Bu, həmin ölkənin hələ də yeni reallığı anlamadığını göstərir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbayan Xarici işlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistan tərəfi reallığı nə qədər tez anlasa, o qədər yaxşı olar: "Azərbaycan regionda yeni əməkdaşlıq formatının qurulmasına hazırdır. Lakin əgər Azərbaycan ərazisində yenidən hər hansı bir təxribat olarsa, buna layiqli şəkildə cavab veriləcək".

Milli.Az