İƏT-in Baş katibi “Dostluq” ordeni təltif edilib - SƏRƏNCAM

8 Aprel 2021 19:33

Prezident İlham Əliyev Yusif bin Əhməd əl-Osayminin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl-Osaymin "Dostluq" ordeni ilə təltif edilib.

Milli.Az