İƏT-in Baş katibinə “Dostluq” ordeni təqdim edildi

8 Aprel 2021 19:12

Prezident İlham Əliyev Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl Osaymini "Dostluq" ordeni ilə təltif edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev aprelin 8-də Yusif bin Əhməd əl Osaymini qəbul edərkən ordeni ona təqdim edib.

Milli.Az