Türkiyə Ordusunun Ankarada təlimləri keçirilib - FOTO

8 Aprel 2021 18:34

Türkiyə Silahlı Qüvvələrinin quru qoşunlarının briqadalarının Ankarada möhtəşəm hərbi təlimləri keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, paytaxt Ankaranın Şərəflikoçhisar rayonunda yerləşən quru qoşunları poliqonunda keçirilən hədəfi vurma təlimlərinə 1-ci və 12-ci motoatıcı piyada korpuslarının nəzdindəki tank briqadaları cəlb olunub.

Təlimlərdə iştirak edən heyətlər hədəfləri tam dəqiqliklə məhv ediblər.

Milli.Az