Paşinyan Moskva görüşündə özünün vassal olduğunu ortaya qoydu - Arzu Nağıyev - VİDEO

8 Aprel 2021 17:49

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə səsləndirdiyi fikirlərlə özünün vassal olduğunu birmənalı şəkildə ortaya qoydu.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev "Real İntervyu" verilişində deyib.

A.Nağıyev bildirib ki, Paşinyan seçki öncəsi rəsmi Moskvadan zəmanət almaq niyyəti güdür.

Deputat vurğulayıb ki, Paşinyan həm sosial, həm də siyasi problemlərin həllində Rusiyadan kömək istəyir.

Milli.Az