18 yaşında 3.3 milyarda sahibdir

8 Aprel 2021 18:20

18 yaşlı Kevid David Lehmann, 3.3 milyard dollarlıq sərvəti ilə "Forbes" tərəfindən yayımlanan milyarderlər siyahısında yer alıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, Lehmannın gənc yaşda bu qədər sərvətə sahib olmasının səbəbi atası Quender Lehmannın "Dm-drogerie markt" aptek şəbəkəsini oğluna  təhvil verməsidir.

Bildirək ki, "Dm-drogerie markt" Almaniyanın aparıcı aptek şəbəkələrindən biridir. 1974-cü ildə qurulan şirkətin veb saytındakı məlumatlara görə, şirkətin Almaniya daxilində 2000-dən çox mağazası və  41 mindən çox işçisi var.

Forbes xəbər verir ki, nə Lehmann, nə də atası şirkətdə fəal iştirak edir. Hər ikisi haqqında ictimaiyyətə çox az şey məlumdur.

Qeyd edək ki, "Forbes" siyahısına görə hazırda dünyada 2 755 milyarder var. Bu rəqəm indiyə qədər açıqlanan ən yüksək göstəricidir.

Milli.Az