Yerevanda növbəti etiraz aksiyası - Nazirliyə gedən yolları bağladılar

8 Aprel 2021 17:08

Yerevanda müharibə vaxtı itkin düşmüş hərbçilərin yaxınları növbəti dəfə etiraz aksiyası keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, etirazçılar Ermənistan Müdafiə Nazirliyinə gedən bütün yolları bağlayıb.

Hadisə yerinə çoxlu sayda polis qüvvələri, o cümlədən hərbi polis cəlb edilib. Aksiya iştirakçıları itkin düşən əsgərlərlə bağlı bu günədək hökumətdən cavab almadıqlarını bildirir.

Milli.Az