Ermənistanda hərbi xidmətdən yayınanlar əfv olunacaq

8 Aprel 2021 16:47

Ermənistanda ötən il Qarabağ müharibəsinədək hərbi xidmətdən yayınmağa görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərə amnistiya veriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı qanun layihəsi hökumətin iclasında təsdiqlənib.

Ermənistanın ədliyyə naziri Rustam Badasyan bildirib ki, amnistiya ötən ilin sentyabrınadək xidmətdən yayınanlara şamil olunacaq.

Qanun layihəsinə əsasən, 5 min nəfər axtarışa verilən və 100-dən çox məhkum olunmuş şəxs amnistiyaya düşəcək.

Milli.Az