Hamiləliyinin səkkizinci ayında çempion oldu

8 Aprel 2021 19:18

Nigeriyalı idmançı döyüşçü Eminat Aydris taekvondo turnirində qələbə qazanıb.

Milli Az The Independent-ə istinadən xəbər verir ki, idmançı hamilələyinin səkkizinci ayında olmasına baxmayaraq qalib gəlməyə müvəffəq olub. 26 yaşlı idmançı milli idman festivalının mükafatını qazanıb.  Sosial şəbəkədə tənqidlərə məruz qalsa da, deyib ki, həkimi ona oynamağa icazə verib.

Milli.Az
Kamran