"İki ildir yuxu yatmıram"

8 Aprel 2021 18:54

Aktrisa Fahriye Evcen ana olduqdan sonra övladını özü böyütmək istədiyi üçün yaradıcılığına fasilə vermişdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa ötən gün siması olduğu geyim markalarından birinin   mətbuat konfransına qatılıb. Tədbir zamanı sənətçi karyerası ilə yanaşı, oğlu Karanla bağlı ona ünvanlanan sualları cavablandırıb:

"Uşaqlar normal qaydalı həyatı çox sevirlər. Ona görə də Karanın yeməyini, yatmağını və gəzməyini vaxtla edirik. Çünki uşaqların əsas iki şeyə ehtiyacı var: səmimiyyətlə sevmək, qucaqlamaq və onlarla oynamaq.

Bir ana və ata övlada bundan artıq heç nə verə bilməz. Buna görə də onunla çox vaxt keçirməyə çalışıram. Çoxlu oyunlar oynayırıq. Burak çox yaxşı atadır. O baxımdan şanslıyam. Amma ana olmaq çətindir. Bəzən bir fincan qəhvə belə içməyə vaxtım olmur. İki ildir yuxu yatmıram".

Milli.Az