Ermənistanın yeni AES arzusu ürəyində qalacaq

8 Aprel 2021 15:57

"Ermənistana yeni Atom Elektrik Stansiyası hava-su kimi kazımdır. Lakin belə bir baha başa gələn stansiya inşa etmək üçün onun pulu yoxdur. Uzaq perspektivdə belə bi layihəni reallaşdırmaq çətin ki, mümkün olsun".

Milli. Az xəbər verir ki, bunu "Vestnik Kafkaza"ya açıqlamasında Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan bildirib. "Hətta bunu "tik-sahib ol- istismar et" sxemi üzrə rellaşdıra billməyəcək", -deyə Rusiya prezidenti Vladimir Putinlə baş nazir Nikol Paşinyan arasında gedən "AES" məsələsini müzakirə edərkən bildirib.

Maraqlıdır ki Paşinyan tərəfindən səslənən bu ideyaya Putinin reaksiyası olmayıb. Q.Baqratyan xatırladıb ki, Ermənistan üçün AES məsələsi ölkə müstəqillik əldə etdikdən sonra  daim aktual olub. "Bu məsələ yeni deyil. Artıq 30 ildir ki, gedir. Metsamor AES 1989-ce ildə baş verən zəlzələdən sonra bağlanıb. 1995-ci ildə onun işini bərpa ediblər. Lakin tam gücü ilə işləmir. Problemin həlli isə sadədədir - pul yoxdur", - deyə bildirib.

Kamran
Milli.Az