Taekvandoçumuz qitə çempionatında yarımfinala vəsiqə qazandı

8 Aprel 2021 18:42

Azərbaycan millisinin takevandoçusu, 46 kq-da mübarizə aparan Minayə Əkbərova Bolqarıstanda keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 1/4 finalda yerli idmançı Qabriele Katasrovanı məğlub edərək növbəti mərhələyə adlayıb. Əkbərovanın yarımfinaldakı rəqibi rusiya idmançısı Larisa Medvedeva olacaq.

Milli.Az