Bu testlə koronavirusun bütün variantlarını müəyyən etmək olacaq

8 Aprel 2021 18:04

Rusiyanın Federal Tibb-Biologiya Agentliyi ölkədə koronavirusun mövcud olan bütün variantlarını müəyyən edə bilən test sistemini qeydiyyata alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə agentliyin bəyanatında deyilir.

Qeyd olunur ki, həmin sistem selikli qişadan götürülən yaxmadan virusun RNT-sini keyfiyyətli şəkildə müəyyən edə bilən reagentlər toplusudur.

Agentlik test sistemi üçün müvafiq qeydiyyat şəhadətnaməsi verib.

Milli.Az