NASA helikopterinin Marsa ilk uçuşu barədə açıqlama yayıb

10 Aprel 2021 22:15

"Ingenuity" helikopterinin Marsa birinci sınaq uçuşu bazar günündən tez olmayacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsinin (NASA) mətbuat xidməti bildirib.

Daha əvvəl məlumat verilib ki, "Ingenuity" ilk uçuşunu təxminən aprelin 8-də edəcək. Lakin NASA dəqiqləşdirib ki, bu, bir neçə gün sonra olacaq, ancaq bununla belə, agentlik uçuşun təxirə salınmasının səbəblərini açıqlamayıb.

Helikoterin təxminən üç metr hündürlükdə olacaq uçuşu uğurlu olacağı halda gələcəkdə təxminən 5 metr yüksəklikdə reallaşacaq. NASA vurğulayıb ki, bu, aparatın başqa bir planetin səthindəki "ilk ötürücü və idarə olunan uçuşu" olacaq.

Milli.Az