Koronavirusa yoluxmuş Xalq artisti evə buraxılıb

8 Aprel 2021 14:34

Xalq artisti Bəsti Cəfərova xəstəxanadan evə buraxılıb.

Milli. Az xəbər verir ki, bu barədə APA-ya Xalq artisti özü məlumat verib.

O, səhhətinin tam qaydasına düşdüyünü, lakin ev şəraitində də 14 gün malicəsini davam etdirəcəyini deyib.

Qeyd edək ki, Xalq artisti Bəsti Cəfərova martın 31-də koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az