Olimpiya çempionu və ağır atletika üzrə dünya rekordçusu öldü

8 Aprel 2021 13:57

Ağır atletika üzrə Sovet Olimpiya çempionu və dünya rekordçusu Viktor Kurentsov vəfat edib.

Milli.Az lenta.ru-ya istinadən xəbər verir ki, bir gün əvvəl 80 yaşını qeyd etmiş keçmiş idmançının ölüm səbəbi göstərilməyib.

Kurentsov - 1968 Olimpiadasının çempionu, 1964 Oyunlarının gümüş mükafatçısı, altı qat dünya çempionu, yeddi qat Avropa çempionu, doqquz dəfə SSRİ çempionu. Karyerası ərzində 26 dünya rekordu vurub.

Kamran
Milli.Az