Bakı metrosunda gediş haqqı ilə bağlı VACİB XƏBƏR - İşlər aparılır

8 Aprel 2021 12:52

Metropolitendə mobil telefon və s. elektron vasitələrdən istifadə etməklə ödənişin tətbiqi istiqamətində işlər aparılır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, konkret olaraq hər hansısa sistemin və ya üsulun tətbiqindən söz açmaq erkəndir:

"Bununla bağlı hər hansısa əsaslı bir addım atılacağı təqdirdə ictimaiyyət məlumatlandırılacaq".

Milli.Az