Ermənistanda COVID-19-a yoluxanların sayı 200 mini ötüb

8 Aprel 2021 13:49

Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 200 129 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha 1231 nəfər COVID-19-a yoluxub, xəstəlikdən 28 nəfər ölüb.

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3675 nəfərə çatıb.

Milli.Az