Gürcüstanda daha 761 nəfər koronavirusa yoluxub

8 Aprel 2021 13:04

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 761 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 286 486, xəstəlikdən ölənlərin sayı isə 3 849 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 276 084 nəfərin sağaldığı bildirilir.

Milli.Az