"Sağ qalmaq üçün dostlarımın cəsədini yedim" - FOTO

8 Aprel 2021 12:34

49 il əvvəl  baş verən təyyarə qəzasında sağ qalan Cose  Luis ingilis mediasına açıqlama verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, uzun zamandan sonra baş verən qəzanın  təffərüatlarını  bölüşən Luis bunun çox qorxunc bir hadisə olduğunu  dilə gətirib. Bununla yanaşı  o, sağ qalmaq üçün dostlarının cəsədini  yediyini də etiraf edib.

"Bunu etməmək ölmək deməkdi. Dağda 2 ay müddətində  sağ qalmaq üçün insan əti yemək məcburiyyətindəydim".

Qeyd edək ki, Uruqvay Hava Qüvvələri Uçuş 571 təyyarəsi  1972-ci ildə  And dağlarında qəzaya uğrayıb. Nəticədə təyyarədəki üzlərdən 45 adamdan 16 nəfəri sağ çıxıb. Həyatda qalan 16 adam isə 23 Dekabr 1972 günü qəzanın üzərindən iki aydan keçdikdən sonra qurtarılıb.

Milli.Az