Rusiya "Qiyamət silahını" işə saldı - Şimal qütbündə hərəkətli anlar yaşanır

8 Aprel 2021 10:46

Rusiya ABŞ sahillərində irimiqyaslı sunami yarada biləcək "Poseidon" adlı nüvə silahını test etməyə başlayıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, testlər şimal qütbündə keçirilir. CNN televiziyası Rusiyanın şimal qütbündə hərbi fəaliyyətini genişləndirdiyinə və testlərin aparılması üçün hərbi obyektlər tikdiyinə diqqət çəkib.

Qeyd edək ki, dağıdıcı gücünə görə "Qiyamət silahı" adlandırılan "Poseidon" 10 kiloton nüvə başlığı daşıya bilir. Şimal qütbündən atılan raket ABŞ sahillərində asanlıqla çata bilər. Nüvə silahının yaradacağı sunami Nyu-York şəhərini xəritədən silə bilər.

Milli.Az