Partiya sədrinin müavini koronavirusa yoluxub, vəziyyəti ağırdır

8 Aprel 2021 10:41

Vətəndaş Həmrəyliyi Partiyasının(VHP) sədrin müavini Arif İsmayılbəyli koronavirusa yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, hazırda Arif İsmayılbəyli reanimasiyadadır və aparata qoşulub.

A. İsmayılbəylinin həyat yoldaşı Mərziyyə İsmayılbəyli isə COVID-19-dan bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasında şöbə müdiri Səməndər Çaxmaqlı da koronavirusa yoluxub, o da reanimasiyada aparata qoşulub.

Milli.Az