İsmayıllıda təhlükəli tapıntı

8 Aprel 2021 12:04

İsmayıllı rayonunun Keşqurd kəndindəki otlaq sahəsində şübhəli bağlamaların olması barədə Polis Şöbəsinə məlumat daxil olub.

Milli.Az bildirir ki, polis əməkdaşları əraziyə baxış keçirən zaman 2 ədəd dəmir qutunun içərisində paslanmış vəziyyətdə avtomat güllələri aşkar edilərək götürülüb və ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az