Qubada gecə saatlarnda işləyən kafe aşkarkanıb

8 Aprel 2021 12:09

Qubada gecə saatlarnda fəaliyyət göstərən kafe aşkarkanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Milli.Az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman rayonun Qaraçay kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən İlqar Ağarzayev və orada olan 4 nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Qaydaları pozan şəxslərlə bir daha profilaktiki söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.

Milli.Az