Ebru Demeti tənqid etdi

8 Aprel 2021 11:39

Ötən il azyaşlı oğlu Parsı itirən model Ebru Şallı yeni açıqlaması ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Nişantaşında görüntülənən Ebru jurnalistlərlə ayaqüstü söhbət edib.

O, bir neçə gün əvvəl müğənni Demet Akalının qızı Hiranın "TikTok"  istifadəçisinə 7 min lirə (1456 manat) göndərməsinə münasibət bildirib:

"Oğlum Berenin İnstagram hesabı yoxdur. Xoşbəxtlikdən mütaliə edən və idmanla məşğul olan uşaq böyütdüm. Hamımız sosial mediada varıq, amma uşaqların "TikTok"dan, yaxud da digər sosial şəbəkələrdən istifadə etməsinə qarşıyam".

Milli.Az