Qadağanı pozduğuna görə verilən qeyri-adi cəza ölümünə səbəb oldu

8 Aprel 2021 11:19

Filippin sakininə komendant saatını pozduğuna görə tətbiq edilən cəza onun ölümünə səbəb olub.

Milli.Az BL-ə istinadən xəbər verir ki, cəza da onun 300 dəfə oturub durması olub. 28 yaşlı Darren Manaoqnun da ürəyi buna dözməyib.

Bu cəzadan sonra kəskin ağrıları yaranıb və axşam keçinib. Hazırda hakimiyyət orqanları araşdırma aparır.

Kamran
Milli.Az