Vaksinasiya davam edir - VİDEO

8 Aprel 2021 12:39

Rayonda təhsil işçilərinin peyvənd edilməsinə başlanılıb

Milli.Az Real TV-ə istinadən bildirir ki, Beyləqanda dünəndən etibarən təhsil işçilərinin koronavirus əleyhinə peyvənd edilməsinə başlanılıb. Rayon mərkəzi xəstəxanasında aparılan vaksinasiya prosesi aktiv şəkildə icra edilir. Xəstəxana rəhbərliyinin məlumatına əsasən, indiyə qədər vaksin vurulan vətəndaşlar arasında peyvəndlə bağlı hansısa neqativ hala rast gəlinməyib:

Peyvənd vurulan pedaqoqlar və təhsil işçiləri də vaksindən sonra özlərini yaxşı hiss etdiklərini və virusla mübarizədə bütün insanların məsuliyyətli olmasının vacibliyini bildirdilər:

Qeyd edək ki, ölkəmizdə yanvarın əvvəlindən başlanılan vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.

Peyvəndləmədə Çinin "Sinovac" şirkətinin "Coronavac" vaksinindən istifadə olunur.

Milli.Az