Vətən müharibəsində tarix yazmış qəhrəman - VİDEO

8 Aprel 2021 11:34

Gəncədə doğuldu, iki bacının bir qardaşı kimi böyüdü, ali təhsil alıb, daim Vətənin azadlığı barədə düşündü Rəvan Daşdəmirov. İşğal altında olan torpaqların azad edilməsi üçün fürsət gözlədi və müharəbənin ilk günlərindən ən qanlı döyüşlərə atıldı.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Vətənin azadlığı üçün daim narahat olan, bu yolda özünü fəda etməkdən çəkinməyən Rəvan valideynlərinin narahat olmasını istəmirdi. Buna görə də onlardan qızğın döyüşlərdə olmasını gizlədir, arxa cəbhədə xidmət etdiyini deyirdi...

Anası deyir ki, Rəvan həm özünü daim ən təhlükəli döyüşlərə atır, həm də silahdaşlarını qorumağa çalışırdı. Elə dostunun ağır yaradan ölməsinin qarşısını da onun zamanında müdaxiləsi alıb. Döyüş dostları deyirlər ki, Rəvanın elədiyi qəhrəmanlıqlar çox vaxt onun cüssəsindən, fiziki gücündən böyük olurdu.

Rəvan Daşdəmirov döyüşlərdəki şücaətlərinə görə "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az