Neft yenidən ucuzlaşıb

8 Aprel 2021 10:19

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,51% azalaraq 1 barelə görə 62,84 dollar təşkil edib.

Milli.Az bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,62% azalaraq 59,4 dollar təşkil edib.

Milli.Az