Müğənninin təyyarədə halı pisləşdi - FOTO

8 Aprel 2021 10:54

Müğənni Kibariyenin səhhətində problemlər yaranıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, təyyarə ilə İstanbuldan İzmirə səfər edən sənətçinin qəfildən halı pisləşib.

Nəfəs almaqda çətinlik çəkən Kibariyeyə ilkin tibbi yardım göstərilib. Təyyarənin eniş etdiyi hava limanında tibbi işşiləri tərəfindən tamamilə müayinə edilən Kibariyenin hazırda səhhəti yaxşıdır.

Sərnişinlərin onun üçün narahatlıq keçirdiyini görən sənətçi "Xalq tərəfindən sevilmək çox gözəl hisdir. Hər birinizə təşəkkür edirəm. Hamınızı sevirəm" - deyərək, hava limanından ayrılıb.

Milli.Az