Bakıda ərzaq mağazasında yanğın olub

8 Aprel 2021 09:34

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan ərzaq mağazasında 1 ədəd soyuducu qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az