Qadınlıq təkcə saçla olmur" - Nez

8 Aprel 2021 09:24

Ötən ilin sonunda başını keçəl edən türkiyəli müğənni Nez psixoloji problem yaşadığı ilə bağlı yazılan xəbərlərə sərt münasibət bildirib.

Milli. Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi hər şeyin qaydasında olduğunu deyib:

"Niyə bir kişi saçını uzadanda psixoloji problemi var demirik? Qadın saçını kəsdirəndə isə belə danışırıq. Məncə, bunu xanımlar özünə edir. Qadınlıq təkcə saçla olmur".

Qeyd edək ki, müğənni bir müddət əvvəl yeni albomu üçün imicini dəyişdiyini açıqlamışdı.

Milli.Az