Bakıda qadını motosiklet vurub

8 Aprel 2021 08:18

Bakının Nəsimi rayonunda avtoqəza zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 5-ci mikrorayonda baş verib.

1982-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Zahid qızı yolu keçərkən onu motosiklet vurub. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Milli.Az