Kamala Harris və Lopes miqrasiya məsələlərini müzakirə ediblər

8 Aprel 2021 08:23

ABŞ vitse-prezidenti Kamala Harris və Meksika prezidenti Andres Manuel Lopes Obrador telefon danışığı əsnasında miqrasiya probleminin səbəblərini aradan qaldırılması üzərində işləri davam etmək barədə razılığa gəliblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

"Vitse-prezident Kamala Harris Meksika prezidenti Andres Manuel Lopes Obrador ilə danışıb və ikitərəfli münasibətlərin vacibliyini təsdiqləyib", - məlumatda deyilir.

K.Harris miqrasiya məsələlərinin həll edilməsində əməkdaşlıq üçün Lopes Obradora təşəkkür edib.

Milli.Az