Yeni Zelandiyada zəlzələ baş verib

8 Aprel 2021 08:03

Yeni Zelandiya yaxınlığında 5,6 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Kermadek arxipelaqının ərazisində qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 10 km olub. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb.

Milli.Az