ABŞ və İordaniya liderləri danışıqlar aparıblar

8 Aprel 2021 07:41

ABŞ prezidenti Cozef Bayden və İordaniya Kralı II Abdullah siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən Amerika və İordaniya liderləri arasında baş tutan telefon danışığından sonra yayılan yazılı açıqlamada deyilir.

Məlumata əsasən, Bayden II Abdullahı "İordaniyanın ABŞ tərəfindən güclü dəstəklənəcəyinə" inandırıb. Bundan əlavə, Amerika administrasiyasının rəhbəri II Abdullahın rəhbərliyinin "ABŞ və [Orta Şərq] bölgəsi üçün" vacib olduğunu bildirib.

Milli.Az