Suriyanın şimalında iki türk hərbçisi həlak olub

8 Aprel 2021 07:31

Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyat apardığı zonada PKK/YPG terrorçularının təşkil etdiyi hücum zamanı 2 türk hərbçisi şəhid olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, cavab tədbirləri nəticəsində ən azı 3 terrorçu zərərsizləşdirilib. Terrorçuların mövqelərinə zərbələr endirilməkdə davam etdirilir.

Milli.Az