"Yuventus" "Napoli"yə qalib gəldi

7 Aprel 2021 23:50

İtaliya futbol çempionatının 3-cü turunun təxirə salınmış oyununda "Yuventus" "Napoli"ni məğlub etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş 2:1 hesabı ilə başa çatıb.

Qolları qalib komanda tərəfdən Kriştianu Ronaldu (13-cü dəqiqə) və Paulo Dibala (73), digər tərəfdən isə Lorenso İnsinye (90, penalti) vurublar.

"Yuventus" 29 matçda 59 xalla liqanın turnir cədvəlində üçüncü sırada qərarlaşaraq lider "İnter"dən 12 xal geri qalır. "Napoli" 56 xalla turnir cədvəlində beşincidir.

Növbəti 30-cu turda "Yuventus" aprelin 11-də öz meydançasında "Cenoa" ilə qarşılaşacaq, "Napoli" həmin gün qonaq olaraq "Sampdoriya"ya qarşı oynayacaq.

Milli.Az