Rusiya Rəşid İsmayılovu yüksək vəzifəyə namizəd irəli sürüb

7 Aprel 2021 19:09

Rusiyanın rabitə nazirinin sabiq müavini Rəşid İsmayılov Rusiya tərəfindən Beynəlxalq Elektrik Rabitəsi İttifaqının baş katibi vəzifəsinə namizəd irəli sürülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin rəqəmsal inkişaf və rabitə naziri Maksut Şadayev deyib.

Hazırda İttifaqın baş katibi çinli Çjao Houpindir.

Qeyd edək ki, Rəşid İsmayılov 1965-ci ilin noyabrında Bakıda doğulub. O, 2014-2018-ci illərdə rabitə nazirinin müavini işləyib. Hazırda o, "Vımpelkom" şirkətinin prezidentidir.

Milli.Az