Putindən Qarabağla bağlı açıqlama

7 Aprel 2021 18:08

Qarabağda vəziyyətin normallaşması ən aktual və kəskin problemdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

O bildirib ki, ikitərəfli münasibətlərlə bağlı müzakirə olunmalı məsələlər var:

"Bu, həm ikitərəfli münasibətləri quruculuğuna və əlbəttə ki, ən aktual və ən kəskin problemlər olan Dağlıq Qarabağ və ətrafında vəziyyətin normallaşmasına aiddir".

Milli.Az