Paşinyan Putinlə nədən danışdı?

7 Aprel 2021 17:27

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların başa çatmasından sonra regionda vəziyyətin sabitləşməsində Rusiya prezidenti Vladimir Putinin şəxsi töhfəsini qeyd edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, N.Paşinyan bunu Rusiya prezidenti ilə görüşü zamanı deyib.

O bildirib ki, Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu regionda sabitliyin və təhlükəsizliyin vacib amilidir.

Bundan başqa, erməni baş nazir Vladimir Putinlə Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi məsələsini müzakirə etmək niyyətində olduğunu bildirib.

Milli.Az