"Real" - "Liverpul" oyununda 2 rekord

7 Aprel 2021 19:08

"Real"ın futbolçusu Vinisius yeni rekorda ima atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, buna ötən gecə Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la matçda nail olub.

Hücumçu görüşdə dubl etməklə braziliyalı futbolçular arasında turnirin 1/4 finalında 2 və daha artıq qol vura bilən ən gənc oyunçu adını qazanıb. O, bunu 20 yaş 268 günlüyündə bacarıb.

Vinisius bu nəticə ilə Kakanın rekordunu da qırıb. Komandanın sabiq yarımmüdafiəçi 2004-cü ildə "Milan"ın heyətində 21 yaş 336 günlüyündə olarkən "Deportivo"ya 2 qol vurmuşdu.

Milli.Az