Peskov "İsgəndər"dən danışdı - Heç nə bilmirəm

7 Aprel 2021 15:42

"Kreml əvvəlki tək azərbaycanlı hərbçilər tərəfindən Qarabağda aşkar olunan "İsgəndər" operativ-taktiki raket kompleksləri barədə hər hansı bir informasiyaya malik deyil".

Milli.Az İnterfaks-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov səsləndirib:

"Raket barədə heç nə deyə bilmərəm, hər hansı bir informasiyaya malik deyiləm", - deyə Peskov Azərbaycandan daxil olan informasiyaları şərh etmək barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Kamran
Milli.Az