Ərdoğan İstanbul kanalının tikintisindən danışdı

7 Aprel 2021 16:04

İstanbulda gəmiçilik kanalının tikintisi yayda başlayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə İstanbul kanalının tikintisindən imtina etməyəcək.

Qeyd edək ki, İstanbul kanalının tikintisi 5 ilədək davam edəcək. Bosfor kanalına paralel çəkiləcək kanalın uzunluğu 45 kilometr, eni 600 metr olacaq. Gündəlik buraxılış gücü 150-160 gəmi təşkil edəcək.

Milli.Az