Bişkekdə karantin rejimi yenidən gücləndirilir

7 Aprel 2021 19:55

Aprelin 12-dən Qırğızıstanın paytaxtı Bişkek şəhərində COVID-19-la əlaqədar karantin rejimi yenidən gücləndirilir, mobil briqadaların sayı artırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, paytaxtda koronavirusa yoluxma sayının artması ilə bağlı aprelin 12-dən şəhərdəki bütün məktəblər yenidən onlayn tədris formasına keçirilir, uşaq bağçaları bağlanır.

Bildirilir ki, Bişkekdə epidemioloji vəziyyət yaxşılaşana qədər bütün tədbirlər sanitar qaydalara ciddi əməl olunmaqla keçiriləcək.

Milli.Az