Nazirliyin vəzifəli şəxsi koronavirusdan vəfat etdi

7 Aprel 2021 14:31

Müdafiə Nazirliyinin vəzifəli şəxsi koronavirusdan vəfat edib.

Milli.Az-ın unikal.org-a istinadən məlumatına görə, nazirliyin Hüquq Şöbəsinin polkovniki Bəxtiyar Rəsulzadə koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, mərhum polkovnikin bir müddət öncə verdiyi COVİD-19 testinin nəticəsi pozitiv çıxmışdı və müalicə alırdı.

Milli.Az