Ermənistanda qadınlar aksiya keçirir - Saxlanılanlar var

7 Aprel 2021 13:56

Yerevanda qadınların iştirakı ilə etiraz aksiyası keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, etirazçılar hökumət binasının qarşısında toplaşıb. Onlar hökumətin istefasını tələb edirlər.

Aksiya zamanı etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb.

Nümayişçilər polis səddini yararaq hökumət binasına daxil olmağa çalışıb. Daha sonra onlar polis əməkdaşlarına yumurtalar atıb.

Son məlumatlara əsasən, bir neçə nəfərin saxlandığı deyilir.

Milli.Az