Hakim oyunçudan avtoqraf aldı, tənqid edildi

7 Aprel 2021 18:29

Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" - "Borussiya" matçından sonra tənqidə səbəb olan anlar yaşanıb.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, görüşün yan xətt hakimi Oktavian Şövre qarşılaşma başa çatan kimi qonaq komandanın hücumçusu Erling Haalanda yaxınlaşıb. Rumıniyalı hakim 20 yaşlı hücumçudan ona avtoqraf verməsini istəyib. Norveçli oyunçu isə onun bu istəyini yerinə yetirib.

Hakimin belə addımı idman ictimaiyyətində futbolçular, məşqçilər və media nümayəndələri tərəfindən tənqid olunub. 

Qeyd edək ki, "Mançester Siti" - "Borussiya" matçı "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az