Dəhşət yaşanır - İnsanlar yuxuda güllələnir - 100-dən çox ölü var

7 Aprel 2021 14:29

Efiopiyanın Somali ilə sərhəddə yerləşən Afar bölgəsində dəhşətli toqquşmalar gedir.

Milli.Az metbuat.az-a istinadən istinadən xəbər verir ki, hadisə nəticəsində azı 100 dinc insan həyatını itirib. Afar polisinin məlumatına görə, hücum Somali bölgəsinin yerli qüvvələri tərəfindən təşkil olunub. Onların iddiasına görə, uşaqlar və qadınlar yuxuda güllələnib. Hücum zamanı raketlərdən və digər ağır silahlardan istifadə edilib. Somali bölgəsinin rəsmiləri isə hücumun Afar silahlıları tərəfindən təşkil olunduğunu irəli sürüb.

Qeyd edək ki, Efiopiya parlament seçkilərinə hazırlaşır. Somali ilə sərhəddə yerləşən Somali bölgəsində tez-tez toqquşmalar qeydə alınır. Bəzi dairələr hadisələrin xarici müdaxilə nəticəsində baş verdiyini irəli sürür.

Milli.Az