Teleaparıcı nazirlikdə şöbə müdiri təyin olundu

7 Aprel 2021 15:19

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı olub.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov əmr imzalayıb.

Əmrə əsasən, Tural Qurbanov Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, T.Qurbanov bundan əvvəl Azərbaycan Televiziyasında (AzTV) çalışıb.

Milli.Az